Vətəndaş sosiska aldı, onun içindən çıxan isə onu dəhşətə saldı.
Mynews.az xəbər verir ki, big.az-a şikayət ünvanlayan Rəhim İsmayılov halal olduğuna inanaraq "Halal Nemət Min Bərəkət" şirkətinə məxsus sosis alıb, lakin evə apardıqdan sonra sosisin içindən çıxanlar onu dəhşətə gətirib.
Belə ki, o sosisi kəsərkən onun içindən siçan nəcisi çıxıb: "Mən dünən yaxınlıqdakı mağazadan sosiska aldım. Halal olduğu üçün aldım gətirdim evə. Lakin kəsəndə gördüm ki, içindən siçan nəcisi çıxdı. Bu iyrənclik başqa bir insanın qarşısına çısa görməzdən gələ bilərdi. Bəs belə iyrəncliyi mənim hamilə həyat yoldaşım görsəydi, bilmədən yesəydi kim cavabdeh olacaqdı? Bu nə iyrənclikdir? Bu hadisə sərt şəkildə qınanmalıdır, şirkət rəhbərləri də bu hadisədən dərs çıxartmalıdır. Sosiska hələ də məndədir. Əgər şirkət bunu araşdırmaq istəsə təqdim edə bilərəm".

1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub