"Məktəbəhazırlıq qruplarının tədris proqramlarında dəyişikliklər edilib və çap olunaraq yerlərə göndərilib".
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu il "Məktəbəqədər təhsil haqqında" qanun qəbul edildi: "Strategiya sənədlərinə əsasən, bütün təhsil sahələrinin məzmununun təkmilləşdirilməsi, yeni tələblərə uyğun məzmunun müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb və bu işlər davam etdirilir".
A.Əhmədov qeyd edib ki, məktəbəqədər təhsilin, o cümlədən məktəbəhazırlıq kurikulumunun, dövlət standartlarının hazırlanması bu istiqamətdə atılan addımlardan biridir: "Artıq məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi təsdiq olunması üçün hökumətə təqdim olunub. Növbəti illərdə yeni təkmilləşmə əsasında hazırlanacaq kurikulumlar vasitəsilə həm məktəbəqədər, həm də məktəbəhazırlıq təhsili yeniləşdirilərək müasir dövrün tələblərinə uyğunlaşdırılacaq. Hazırda ölkə təhsilinin məzmununda yeni yanaşmalar var. Uşaqlarda daha çox düşüncə tərzinin, təfəkkürün inkişaf etdirilməsi əsas götürülür. Artıq təhsildə hafizədən, yaddaşdan təfəkkür və düşüncənin inkişafına keçilir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub