Türkiyənin Tekirdağ vilayətinin Çerkezköy mahalında 30 yaşlı Bahar A. evlənmək üzrə olduğu Zülküf E.-nin evli olduğunu öyrənincə maraqlı intiqam üsulu seçib.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Bahar A. bir müddət əvvəl Zülküf ilə tanış olub, dost olub. Təxminən 3 ay davam edən yoldaşlıqları əsnasında Zülküf Baharın etibarını qazanıb, yaxınları ilə də tanış olduqdan sonra evlənmə təklifi edib. Bahar E. təklifi qəbul etdikdən sonra Çerkezköy Bələdiyyəsinə gedən cütlük nikah üçün lazımlı sənədləri verərək hazırlığa başlayıblar.
Zülküf bu müddət ərzində sevgilisinə hər fürsətdə "Mən səni çox sevirəm", "Sevgindən ölürəm, xəbərin varmı bilmirəm", "Ağlamaqdan ölürəm" , "Narahat olma, mən səndən imtina etmərəm. Baharım, gözəl gözlüm" ifadələrinin yazıldığı mesajlar göndərib.
Nikah gününə az qalmış Bahara zəng edən bir nəfər evlənəcəyi Zülküfün evli olduğunu və onu aldatdığını bildirib. Bundan sonra bir müddət araşdırma aparan Bahar evlənəcəyi adamın evli olduğunu, nikah əməliyyatları üçün verdiyi sənədlərdə isə əsl şəxsiyyətini gizlədərək üzərində "subay" yazılmış şəxsiyyətini istifadə etdiyi məlum olub.
Onu evlənmə vədi ilə aldadan Zülküfün həyat yoldaşı ilə də tanış olan Bahar başına gələnləri sosial şəbəkədən paylaşaraq Zülküfün fotolarını dayayıb. Bahar paylaşımında bunları qeyd edib:
"Mən aldadıldım. Başqa qadınlar bunun kimi çaqqalın tələsinə düşməsin, çaqqallara yem olmasınlar. Məni qardaşı və dostları ilə də tanış etdi. Hər axşam məni fərqli sürpriz ilə sevindirən Zülküf ailəm ilə tanış olmaq istədiyini söyləyərək evimizə gəlib, anam ilə tanış oldu. Əlaqəmiz ərzində qayınatasının avtomobilini "öz avtomobilim" deyərək məni üç ay ərzində gəzdirdi".