Bakıda ucuz məktəbli yarmarkaları açılır. Adından da göründüyü bu yarmarkalarda satılanlar bazar qiymətindən daha ucuz olacaq. Yarmarkalar nə vaxtdan fəaliyyətə başlayacaq? Ünvanları hara olacaq?
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda məktəbli yarmarkaları fəaliyyət göstərəcək.
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti qarşıdan gələn tədris ili üçün valideynlərin övladlarına məktəbli ləvazimatları almasını asanlaşdırmaq məqsədilə paytaxtın müxtəlif yerlərində məktəbli yarmarkaları quraşdırır.
Ticarət Departamentinin mətbuat katibi Əliabbas Bağırov bildirdi ki, məktəbli yarmarkaları sentyabrın 20-dək işləyəcək. Lakin ehtiyac olarsa, yarmarkalar sentyabrın 30-a qədər davam edə bilər. Məktəbli yarmarkaları metrounun 28 may stansiyasından başqa Elmlər Akademiyası, "İnşaatçılar",Nəriman Nərimanov "Koroğlu" və "Neftçilər" stansiyalarının yaxınlığında fəaliyyət ögtərəcək. Bu ərazilərdə yarmarkalar üçün çadırlaq quruluacaq.
Məktəbli yarmarkalarında kitab, dəftər, qələm, karandaş və digər məktəbli ləvazimatları satılacaq. Yarmarkaların açılmasında məqsəd həmçinin pərakəndə satışın qarşısı almaqdır. Ticarət Departamentinin əməkdaşlar tərəfindən ciddi nəzarət olunacaq ki, yarmarkalarda süni qiymət artımı olmasın.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub