"Qarabağ” və "Kopenhagen” oyunu ilə əlaqədar Bakı metrosunda xüsusi qrafik tətbiq ediləcək.
Mynews.az-ın məlumatına görə, bu barədə Azərtac-a eksklüziv müsahibəsində "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, hazırda Bakı metrosunda yay qrafiki tətbiq edilir. Bu gün baş tutacaq "Qarabağ” və "Kopenhagen” oyunundan sonra sərnişin sıxlığının qarşısını almaq üçün qatarlar arasında hərəkət intervalı azaldılacaq. Bundan əlavə, sərnişinlərin təhlükəsiz şəkildə stansiyaya daxil olmaları tənzimlənəcək.
Həmçinin N.Paşayevin sözlərinə görə, qatarların platformada dayanma vaxtı da artırılacaq ki, sərnişinlər rahat şəkildə vaqonlara minə bilsin. "Bakı Metropoliteni” QSC-nin Hərəkət Xidməti rəisi sərnişinlərin metro stansiyaya qəbulu və yola salınmasına şəxsən nəzarət edəcək.
Qeyd edək ki, futbol üzrə UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda təmsilçimiz "Qarabağ” Danimarkanın "Kopenhagen” klubunu qəbul edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub