Ötən gün bəzi KİV-lərdə Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı ilə bağlı xəbərlər yayılıb.
Mynews.az-ın məlumatına görə, məsələ ilə bağlı azvision.az-a açıqlama verən Azərbaycan prezidenti yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilmir.
O xatırladıb ki, bu ilin mart ayının 16-da prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb: "Bu əfv sərəncamının imzalanmasından qısa vaxt keçib. Ona görə də yeni əfv sərəncamının olacağını güman etmirəm. Bildirim ki, bu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin səlahiyyətlərinə aid olan məsələdir”.
Ə.Nuriyev əlavə edib ki, bu günlərdə əfv komissiyasının iclası keçirilməyib: "Bu baxımdan əfv məsələsi hazırda gündəmdə deyil. Güman etmirəm ki, əfv sərəncamı verilsin”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub