Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Bakıda “Kopenhagen”ə 1-0 qalib gəlib.
Mynews.az “Qafqazinfo”ya istinadən məlumatına görə, matçı 30 mindən çox azarkeş Tofiq Bəhramov adına Respublika stadionunda izləyib.
Bir neçə min nəfər də stadionun kənarında bilet axtarışında olub.
Minlərlə insan istifadə etdiyi plastik su qabları və digər qida tullantılarını küçəyə atmağa üstünlük verib. Nəticədə isə ortaya xoşagəlməz mənzərə çıxıb.
Fotoqraf Rəsul Kərimovun stadionun qarşısında çəkdiyi fotoda minlərlə plastik su qabları və digər tullantıların olduğu zibil yığını görünür. Sosial şəbəkədə bir çoxları azarkeşləri günahlandırsa da, bəziləri də əraziyə zibil qutularının az qoyulmasından şikayətlənib.
İndi kimdir günahkar: azarkeşlər, yoxsa əraziyə kifayət qədər zibil qutuları qoymayanlar?
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub