Sumqayıt şəhər sakini Rauf Məcidbəyli tərəfindən Abşeron rayonu Saray qəsəbəsi ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə şikayət daxil olub.
Mynews.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, şikayət ETSN-nin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində məişət və istehsalat tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.
Ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Saray bələdiyyəsinin sədri Natiq Tahirov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Yol verilən qanun pozuntusunun aradan qaldırılması üçün cavabdeh şəxsə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub