Naxçıvanda aparılan arxeoloji tədqiqatlar zamanı erkən Eneolit dövrünə aid yaşayış yeri aşkar olunub.
Mynews.az-ın xəbərinə görə, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Eneolit abidələrində tədqiqatlar aparan Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası avqustun əvvəlindən etibarən fəaliyyətə başlayıb.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin və Fransanın Elmi Araşdırmalar Mərkəzinin (CNRS), həmçinin Lion-2 Lümyer Universitetinin Aralıq dənizi və Şərq üzrə Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tanınmış arxeoloq Ketrin Marronun rəhbərliyi ilə aparılan arxeoloji tədqiqatların məqsədi qədim əkinçilik mədəniyyətlərinin formalaşması prosesini və qədim insanların ətraf aləmlə tanışlığını öyrənmək, iqtisadi-mədəni əlaqələrin istiqamətini müəyyənləşdirməkdir.
V.Baxşəliyev bildirib ki, tədqiqat mövsümünün ilk günlərində Eneolit dövrünün erkən mərhələsinə aid yaşayış yerinin aşkar olunması böyük maraq doğurub. Arxeoloqun sözlərinə görə, yaşayış yerinin keramika məmulatı arasında boyalı qablar da var. Maddi-mədəniyyət nümunələri ölkəmizin qədim sakinlərinin Yaxın Şərq ölkələri ilə əlaqələrini öyrənməyə, Eneolit dövrünün ardıcıl inkişaf mərhələlərini müəyyənləşdirməyə imkan verir. Aşkar olunan maddi-mədəniyyət nümunələrinin bir qismi obsidian alətlərdən ibarətdir. Hazırda araşdırmalar davam etdirilməkdədir.
O qeyd edib ki, ərazidə qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri Azərbaycan alimləri ilə yanaşı, Fransa, Almaniya, İtaliya, Türkiyə, Macarıstan və Avstraliyadan gələn mütəxəssislər tərəfindən tədqiq edilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub