Antalyada Azərbaycan əsilli rus milyarder Telman İsmayılov tərəfindən 2009-cu ildə 1,4 milyard dollara tikilən və "World Travel Awards" tərəfindən 2010-cu ildə "Dünyanın ən lüks oteli" seçilən "Mardan Palace Hotel" borcları üzündən çətin dövrlərini yaşayır.
Banka borcları üzündən icraata götürülən otel rezervasiyaları dayandırıb. Vaxtilə açılışında Şeron Stoun, Riçard Gir, Paris Hilton, Maria Keri, Monika Belluçi kimi ulduzların iştirak etdiyi "Mardan Palace Hotel"də rezervasiya etmək istəyən müştərilərinə otelin bağlı olduğu məlumatı verilib.
Otelin baş direktoru Selçuk Şentepe deyib ki, otel bağlı olduğu üçün rezervasiya alınmır. Lakin bu otelin tamamilə qapadıldığı mənasını vermir.
"Mən bu an da oteldəyəm və otel fəaliyyətdədir. Otelin baş direktoruyam, otelin işçisiyəm. Təbii ki, probelmlərimiz var, amma otel bağlanmayıb. Açıq qalacaq, bağlanmayacaq. Çünki biz turizm tarixinin ən yaxşı otellerindən biriyik. Bəli, problemlərimiz var, amma keçicidir, heç bir zaman oteli bağlamağı düşünmürük" – Selçuk Şentepe belə deyib.
Otel direktoru otel personalının bir hissəsinin işdən çıxdığını, amma 670 nəfərin hələ də işlədiyini bildirib.
Telman İsmayılovun "AST 1989 Group"a məxsus Mardan Palace oteli 180 min kvadrat metr əraziyə malikdir. Otelin tikintisi üçün 10 min kvadrat metr qızıl, 500 min kristal istifadə edilərək inşa edilən otelin dizaynında İstanbulun tarixi abidələrindən ilhamlanıb.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub