Ermənistanın baş naziri Azərbaycanın ən gözəl yerində keyf çəkdi, kater sürdü - VİDEO

1236
Ermənistanın baş naziri Azərbaycanın ən gözəl yerində keyf çəkdi, kater sürdü - VİDEO

Xəbər verildiyi kimi, avqustun 15-dən məzniyyətini işğal altındakı Azərbaycan ərazilərində keçirən Ermənistanın baş naziri Karen Karapetyan Ağdərə, Xocavənd, Əsgəran rayonlarında olub.

Bu gün- avqustun 17-də Talış kəndində bərpa-quruculuq  işləri ilə də tanış olan düşmən hökumətin başçısı  Xankəndindəki qondarma rejimin “baş naziri”  Araik Arutyunla birgə Tərtər çayı üzərindəki Madagiz su anbarının yanında xarici investorlar hesabına yenicə yaradılmış istirahət zonasına da baş çəkib.  Yüksək vəzifəli erməni məmurlar Azərbaycan sularında skuterlərdə gəzərək dincəliblər.

Xatırladaq ki, Madagiz su anbarı — Tərtər rayonu ərazisində Tərtər çayı üzərində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilmişdir. Su anbarı Tərtər rayonunun erməni işğalında olan ərazisində qalmış və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur.

Bəndin hündürlüyü 28 m, uzunluğu 630 m, su anbarının ümumi həcmi 5.85 mln. kub metrdir.

2016-cı ildəki aprel döyüşləri zamanı erməni silahlı qüvvələrinin Madagiz su anbarı yaxınlığındakı bir sıra hərbi obyektləri və canlı qüvvəsi Azərbaycan Milli Ordusu tərəfindən məhv edilmişdi.

Xəbər lenti