Bakıda bir sıra geniş prospekt və küçələrdə piyada zolaqlarının olmaması ətrafda yaşayan insanlar, habelə şəhərdə gəzən turistlər üçün çətinliklər yaradır. Rəsmi statistikaya əsasən, yol-nəqliyyat hadisələrinin ümumi sayında piyadaların vurulması hadisələri artıb.
Mynews.az Report-a istinadən xəbər verir ki, təhlükəli ərazilərdən biri də Bakının mərkəzində, Neftçilər prospektinin sonu, Nobel prospektinin başlanğıcında yerləşir.
Çoxzolaqlı, birtərəfli yolda piyada keçidinin olmaması səbəbindən qadınlar, uşaqlar, habelə ölkəmizdə səfərdə olan turistlər Dənizkənarı Bulvara keçmək üçün öz həyatlarını riskə atmalı olurlar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, ümumilikdə piyada keçidinin yollarda təyin edilməsi ilə bağlı DYP əməkdaşları sənədləşmə işi aparır: “Əgər vətəndaşlar da hesab edir ki, onların yollarda hərəkəti ilə bağlı müəyyən çətinlik yaranıb və həmin ərazidə piyada zolaqlarının çəkilməsinə ehtiyac var, bu işlər bitdikdən sonra təyin olunan yerlərdə piyada zolaqları çəkilir”.
V.Əsədov bildirib ki, vətəndaşlar aidiyyəti üzrə dövlət yol polisi idarəsinə müraciət etməlidirlər. Onun sözlərinə görə, vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında yol polisi əməkdaşları həmin əraziyə baxış keçirir və orada piyada zolaqlarının çəkilməsi üçün vəsatət qaldırılır. Qaldırılan vəsatət əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının qərarı əsasında həmin əraziyə piyada zolağı çəkilir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub