“Övladımı qəbul edən biri qarşıma çıxsa, evlənməyi düşünərəm”.
Mynews.az xəbər verir ki, bu sözləri big.az-a açıqlamasında xərçəng xəstəliyindən dünyasını dəyişən rejissor Şahin Zəkizadənin həyat yoldaşıSəbinə Zəkizadə söyləyib. O bildirib ki, bu haqda mərhum həyat yoldaşı ilə də bir neçə dəfə söhbətləşibmiş: “Şahindən sonra ailə həyatı qurmağı fikirləşmirdim. Ancaq qismətdir, nə vaxtsa övladımı qəbul edən biri qarşıma çıxsa, evlənməyi düşünərəm. Şahin həmişə məndən soruşardı ki, “Nə zamansa ölsəm, yenidən ərə gedərsənmi?” O, çox qısqanc idi, zarafatca “Rahat öl, səndən sonra həyatımda heç kim olmayacaq” deyərdim, o isə susardı”.
S.Zəkizadə maddi vəziyyəti barədə də danışıb. O bildirib ki, heç bir yerdən gəliri yoxdur: “Şahindən sonra ailəmi özüm saxlayıram. Nə dost, nə də tanışdan bu barədə köməklik görməmişəm”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub