Bəzi valideynlər ibtidai siniflərdə dərs proqramının ağırlığından, şagirdlərin həddindən çox yüklənməsindən narahatdırlar. Ya uşaq ev tapşırıqlarını çatdırmır, ya da tapşırığı qavramır. Məsələyə Təhsil Nazirliyi də münasibət bildirib.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, dərs proqramını nəinki şagirdlər, hətta valideynlər də başa düşmədiklərini deyirlər. Təhsil Nazirliyi isə proqramın dövrün tələbinə uyğun olaraq hazırlandığını qeyd edir. Nazirliyin məktəbəqədər və ümumitəhsil şöbəsinin müdiri Aydın Əhmədov qeyd edir ki, istifadə olunan proqramın məqsədi əvvəlki proqramlardan fərqli olaraq şagirdlərin hafizəsindən daha çox təfəkkürünü inkişaf etdirməkdir.
Şagird və valideynləri narahat edən digər bir məsələ də ev tapşırıqlarının çox olması ilə bağlıdır. Bu da şagirdin fiziki olaraq da həddən artıq yüklənməsinə gətirib çıxarır.
Aydın Əhmədov ev tapşırıqları ilə bağlı məktəb və müəllimlərə həm yazılı həmdə şifahi tövsiyyələr göndərdiklərini bildirdi. Belə ki, ibtidai sinif şagirdinə ev tapşırığı verilməsi ümumiyyətlə tövsiyyə olunmur.
Şöbə müdiri növbəti təhsil proqramlarında səsləndirilən iradların nəzərə alınacağını bildirdi.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub