Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən ölkəmizə xarici investorların cəlb edilməsi ilə, regionlarda,kiçik və orta sahibkarlığının inkişaf etdirilməsi məqsədilə 6 oktyabr,2017-ci il tarixində Azərbaycanda Mikromaliyyənin Gələcəyi: Çətinliklər və İmkanlar” adlı 5-ci İnvestorlar Yarmarkası keçiriləcəkdir.
Mynews.az fins.az-a istinadən xəbər verir ki, İnvestorlar Yarmarkasının əsas məqsədi investorlar və Azərbaycan Mikromaliyyə sektoru iştirakçılarının bir araya gətirilməsi və maliyyə xidmətləri göstərilən zaman yaranan çətinliklərin və məhdudiyyətlərin aradan qaldırılması yollarını müzakirə etməkdən ibarətdir.
Bir gün davam edəcək bu tədbirdə mikromaliyyə sahəsində ekspert və şirkətlər, beynəlxalq investorlar və teniki xidmət təminatçıları,bank olmayan kredit təşkilatları və banklar, lizinq və siğorta şirkətləri iştirak edəcək və ”Mövcud vəziyyətdə Mikromaliyyəni necə stimullaşdırmaq olar?” və “İnkişaf etməkdə olan Maliyyə Texnologiyaları dövrü: Təhlükə yoxsa fürsət?” adlı mövzular müzakirə ediləcəkdir.
Bundan əlavə ikinci hissədə maliyyə institutları ilə investorların və xidmət təminatçılarının birbaşa görüşləri planlaşdırılır. Tədbirdə həmçinin mətbuat nümayəndələrinin də iştirakı gözlənilir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub