Ukrayna azərbaycanlıları Ukraynaya qayıtmaq niyyətində olan Mixeil Saakaşvilini gül-çiçəklə qarşılayacaq.
Mynews.az-ın haqqın.az-a istinadən verdiyi məlumata görə, bu barədə "Facebook" səhifəsidə “Ukrayna azərbaycanlıların birləşmiş diasporu” ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavadov deyib.
Sədrin sözlərinə görə, Ukrayna azərbaycanlıların bir qismi sentyabrın 10-da “Krakovets” keçid məntəqəsinə gəedib, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilini qarşılayacaq.
“Mən və bizim bir neçə üzvümüz sentyabrın 10-da sərhəddə Saakaşvilni qarşılayacağıq.”
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili sentyabrın 10-da Polşa ərazisindən keçərək Ukraynaya qayıdacağını bəyan edib.
“Mən Polşadan Ukraynaya sentyabrın 10-da Krakovets keçid məntəqəsindən qayıdıram”, - deyə çərşənbə günü "Facebook"da canlı yayımda M.Saakaşvili bildirib. O, Ukrayna hakimiyyət orqanlarına müraciət edərək, onun qayıdışı ilə bağlı “sirk qurmamaq” və “torpağı qazmamağa” çağırıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub