Bakının Binəqədi rayonunda 2 aylıq körpənin ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib.
Mynews.az Lent.az-a istinadən bildirir ki, Binəqədi rayonunda 3-ü mədən adlanan ərazidə yaşayan ailə hadisənin baş verdiyi evdə kirayədə qalırmış. Hadisənin baş verdiyi evin yaxın ətrafında demək olar ki, qonşu yoxdur. Ən yaxın evlər bir neçə yüz metr uzaqlıqda yerləşir.
Faciənin qurbanı olan Cəfərovlar ailəsi Füzuli rayonundan məcburi köçkün düşübmüş. Qonşulardan bildirilib ki, faciədən sonra qohumları gəlib onları özləri ilə rayon aparıb.
Yanğının baş verdiyi evdə yanaraq ölən Cabbar Cəfərov cəmi 2 aylıq imiş. O, ötən ilin dekabrında doğulubmuş.
Hadisə baş verən anda isə evdə körpə Cabbardan savayı, heç kim yox imiş. Məlum olub ki, 4 uşaqlı ailənin sonuncu övladı olan Cabbarın anası digər uşaqları məktəbdən gətirməyə gedibmiş. Evdə heç kimin olmadığı anda isə bu dəhşətli yanğın hadisəsi baş verib.



1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub