Azərbaycanda ilk dəfə çarpaz böyrək əməliyyatı icra olunub. Yəni, artıq yaxın qohum olmadan da donor olmaq mümkündür. Bu əməliyyat isə 2-4 saat ərzində həyata keçirilib. Əməkdaşımız Ömər Xıdırov əməliyyat olunan xəstələrlə görüşüb.
Azərbaycan tibb tarixində bir ilk yaşanıb. Həkimlər çarpaz böyrek köçürməsi əməliyyatını həyata keçiriblər. Cərrah Mircəlal Kazımi və onun komandası 4 əməliyyatı bir gündə həyata keçiriblər. Əməliyyat Şahmar Məmmədov,Vahidə Məmmədova,Vahid Bədəlov və Arzu Bədəlovanın üzəridə reallaşdırılıb. Şahmar Məmmədova, Arzu Bədəlovanın böyrəyi, Vahid Bədəlova isə Vahidə Məmmədovanının böyrəyi köçürülüb.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, əməliyyat 2-4 saat aralığında baş tutub. Hazırda 2300-ə yaxın xəstənin 70 faizindən çoxu böyrək əməliyyatı olunması üçün namizətdir və onlar əsasəndə donor tapmadıqları üçün əməliyyat oluna bilmirlər. Ölkədə çarpaz böyrək əməliyyatına icazə verilməsi onlar üçün də ümid yaradır.
Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar istisna olmaqla başqalarının donor olmasına icazə verilmir. Amma çarpaz böyrək əməliyyatı ilə bu sahədə bir çox əməliyyata ehtiyacı olan şəxslərə köməklik etmək mümkündür.
Mircəlal Kazımi deyir ki, nəinki böyrək köçürməsi, eləcədə qaraciyər köçürməsi əməliyyatında da bu üsuldan istifadə etmək mümkündür. Digər tərəfdən böyrək nəqli üçün müraciət edənlərin də donorlarla birlikldə məlumat bazası formalaşdırırlır. Bu isə imkan verəcək ki, xəstələr və yaxınlarını uyğun donor axtarmaq prosesindən azad edəcək.