Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, yaşlı qadının bütün təqaüdü kredit üçün hesabından çıxılır.
Tovuz sakini olan 64 yaşlı Səfurə İsmayılovanın artıq iki ildir ki, iki banka borcu var. O, kreditlərin ödənişini bir müddət sistemli şəkildə həyata keçirsə də daha sonra sağlamlığında problem yaranması ilə bağlı olaraq bankların birindən borcu ödəmək üçün möhlət istəyib. İlk əvvəl bankdan buna razılıq verilsə də daha sonra qadın pensiya kartında olan bütün məbləğin çıxıldığını görüb.
Xəstəliyi ilə əlaqədar pula ehtiyacı olan Səfurə İsmayılova vəziyyətdən çıxış yolu axtarır. Xahişi odur ki, iki kreditdən heç olmasa birinin pensiyadan kəsilməsi müvəqqəti dayandırılsın.
Bəs görəsən vətəndaşın başqa gəlir yeri olmadığını nəzərə alsaq vətəndaşın pensiyasının bütün məbləğinin hər iki bank tərəfindən kreditə çıxılması düzgündürmü? Məsələ ilə bağlı hüquqşünas Anar Ramazanov bildirdi ki, əgər vətəndaş banklardan götürdüyü krediti vaxtında qaytara bilmirsə, yəni kredit müqaviləsi üzrə öhdəliyini pozursa bu halda kredit verənin, yəni bankların hüququ var ki, borcu məhkəmə yolu ilə alsın. Bu halda məhkəmə tələbləri əmək haqqı və yaxud da pensiyalara yönəldə bilər. Lakin burada əməl olunmalı daha vacib bir məqam var.
Hər halda belə görünür ki, Səfurə İsmayılovanın kreditlərinə görə bütün pensiyasının hesabından çıxılması qanuna uyğun deyil. Burada isə həm banklar həm də Dövlət Sosial Müdafiə Fondu məsuliyyət daşıyır.