Bakıda avtobus sürücüsünə tapança çəkənin adı məlum oldu

517
Bakıda avtobus sürücüsünə tapança çəkənin adı məlum oldu

Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları avtobus sürücüsünə tapança tuşlamış gəncin şəxsiyyətini müəyyənləşdirib.
“Sputnik” xəbər verir ki, bu, 29 yaşlı Bərdə rayon sakini Orxan Cəmil oğlu Orucovdur.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Orxan Orucov bir neçə şəxsə müəyyən məbləğdə borcu olduğuna görə polis tərəfindən axtarılır.
Hazırda polis əməkdaşları onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə (odlu silahdan, yaxud silaha bınzər əşyadan istifadə etməklə xuliqanlıq) fakta əsasən axtarırlar.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, avqustun 18-də saat 20 radələrində Binəqədi RPİ 7-ci Polis Bölməsinə zəng edən şəxs A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minmiş naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlməsini bildirib.
Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyən edilib və hazırda onun yaxalanması üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti