Keçən həftə Sibel Canın eyvanda çəkilmiş bikinili fotosunun ortaya çıxmağından sonra Ərtoğrul Özkök, Hıncal Uluç, Ahmet Hakan və Cengiz Semercioğlu adlı yazarlar mövzu ilə bağlı müxtəlif yazılar yazıblar. Bu fotoların fotoşopla hazırlandığı iddia edilib.
Mynews.az Haberler-ə istinadən xəbər verir ki, tətilini Çeşmedə keçirən gözəl müğənninin bikinili görüntüləri yada 21 il əvvəl, Ayhan Kimsesizcan tərəfindən çəkilən çılpaq fotoları salıb.
1996-cı ilin 26 may tarixində məşhur müğənni Sibel Canın evinin eyvanında lüm-lüt fotosunu çəkən Ayhan Kimsesizcan yaxın tarixin unudulmaz xəbərlərindən olan hadisədən danışıb.
Bu gün 41 yaşı olan 14 ildir Amerikanın Nyu-York şəhərində yaşayan və ticarətlə məşğul olan Ayhan Kimsesizcan həmin günü belə izah edib:
"Sibel Canın Fethiyenin kəndi Hillsidedə olduğu xəbəri maqazin hissəsinin şefi Bəkir Saçara gəlib çatdı. O zaman 26 yaşı olan Sibel Can bikiniylə dənizə, hovuza girirdi. Bu xəbəri aldıqdan sonra 1996-cı ilin 25 may - şənbə günü bir otaq tutub müştəri kimi Hillsideyə getdim. 21:00-da otelə çatdım. Baxdım Sibel Can yemək salonunda. Məni tanıyır deyə ortalıqda görünmədən, bir buterbrod alıb otağa getdim.
Sabah 8:30 radələrində nahara endim. Sibel Can yenə orada idi. Eyni sürətlə salondan çıxdım. Sibel Canın qaldığı villaya nəzarət edə biləcək bir nöqtəni seçdim və hovuz başında şezlonqumu o istiqamətə çevirib, günəş vannası qəbul etməyə başladım. Teleobyektiv taxılmış kameralar dəsmalımın altında idi. Sibel Can hovuza gəldi. Çox yaxındıq. Ətrafda otelin təhlükəsizlik işçiləri də var. Aparatı götürüb Sibel xanıma tutsam, qiyamət qopacaq. Üzü üstə yatmağa davam etdim.
Sibel Can hovuza girdi və villasına qayıtdı. 3-5 dəqiqə keçdi-keçmədi, yaş bikinisini asmaq üçün lüm-lüt vəziyyətdə ağacların arasındakı villasının eyvanına çıxdı. Gözüm 100 metr aralıdakı villada olduğu üçün onu dərhal fərq etdim.
Şezlonqdakı üzü üstə pozamı dəyişmədən yerə qoyduğum fotoaparatı dəsmalla birlikdə götürdüm. Villaya istiqamətləndirib, avtomatik çəkim düyməsinə basdım. Gözümü vizora qoya bilmədiyim üçün kadrı dəqiq tutmamışdım. Ağlıma hər şey gələrdi, amma saat 15:00-da, millət çöldə-bayırdaykən məşhur müğənni Sibel Canın lüm-lüt eyvana çıxacağı gəlməzdi.
"HƏMƏN redaksiyaya zəng edib müjdəni VERDİM"
Qəzetdən Bəkir Saçarazəng edib, müjdəni verdim! Digital kameralar hələ icad edilməmişdi. Film yuyulmadan çəkdiyim fotoları görmək mümkün deyildi. Həyəcan pik nöqtədə idi... Bəlkə görən olmuşdu, təhlükəsizliyə xəbər verərlər şübhəsiylə dörd günlük rezervasiyam olmasına baxmayaraq pulu "yandırıb" 15 dəqiqə içində Hillsidedən çıxdım.
Təlaşımı görən resepşın işçilərinə "Anam xəstələnib, təcili olaraq İstanbula dönməyim lazımdır" dedim. Oteldən kirayələdiyim avtomobillə Dalaman hava limanına getdim. Bir xeyli zaman təyyarə gözlədim. Saat 24:00-dan bir az keçmişdiki İstanbula çatdım. Dərhal qəzetə gedib lenti laboratoriyaya verdim. Bəli, bacarmışdım. 25 kadrdan ikisində Sibel Can lüm-lüt kadra girmişdi.
28 may günü fotolar "Posta"nın birinci səhifəsində heç bir fotoşop və senzura tətbiq olunmadan çıxdı.
Heç fotoşop istifadə edilmədi və ara əməlli-başlı qarışdı.
Mənim kimi Karagümrüklü olan Sibel Canın Karagümrüklü o məşhur himayədarları mənə dəfələrlə zəng edib təhdid etdilər. Sonrakı günlər də heç asan keçmədi. Təhdidlər dayanmırdı. Evə getmirdim, qəzetin ayırdığı gizli oteldə qalırdım.
"Qorxudan mədə qanaması keçirdim"
O zaman 20 yaşım var idi. Belə stresslərə heç adət deyildim hələ. Çətinlikdən mədə qanaması keçirdim. Diaqnozu müdirlərim Mehmet Yılmaz və Rıfat Ababay qoydu. Qəzetin doktoru Sabahattin Koç da təsdiqlədi. İstinye Dövlət Xəstəxanasında günlərlə yatdım. Hər işdə bir xeyir vardır!!! Sibel Canın Karagümrüklü hamiləri xəstəxanaya düşdüyümü eşidincə axtarışı saxladılar. Bir böyük maqazin hadisəsi beləcə tarixə qovuşdu".