“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün ayrılan vahid aylıq müavinətlər 20 manat artırılıb”.
Mynews.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərmanı şərh edərkən deyib.
Onun sözlərinə görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər həmişə diqqət mərkəzindədir:
“Elə yerlər var ki, orada sayğac quraşdırmaq qeyri-mümkündür. Bəzi yerlərdə isə sayğaclarla bağlı müəyyən problemlər var. Ona görə də Prezident belə şəxslərin kommunal xidmətlərinin ödənilməsi üçün onların müavinətlərini 36 manatdan 56 manata qaldırıb”.
V.Əhmədov qeyd edib ki, məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq müavinət “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin balansına köçürüləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub