Ötən il Azərbaycana gətirilən 179 cənazə barədə dövlət sərhəd-keçid məntəqələrindən 86 faks daxil olub ki, onlar arasında yoluxucu xəstəliklərlə xəstələnərək vəfat edən şəxs olmayıb.
Report-un məlumatına görə, bunu Respublika Sanitariya-Karantin Müfəttişliyinin Epidemiologiya şöbəsinin müdiri Yadulla Balışov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yoluxucu xəstəlikdən vəfat edən şəxslərin dəfni zamanı epidemioloji qaydalara əməl edilir, profilaktik tədbirlər həyata keçirilir: “Bu səbəbdən respublikaya gətirilən cənazələr daim nəzarətdə saxlanılır”.
Y. Balışov vurğulayıb ki, “Donuz qripi” xəstəliyinə görə, epidemioloji vəziyyəti gərgin olan dövlətlərdən gələn şəxslər arasında aşkar edilən şübhəlilər və temperaturlular barədə hesabat dövründə 19 telefonoqram vasitəsilə 24 nəfər hərarətli şəxs barədə məlumat verilib".
Şöbə müdiri qeyd edib ki, ərazi tibb müəssisələri tərəfindən aparılan müayinələr nəticəsində “donuz qripi” xəstəliyi qeydə alınmayıb: “Keçən ilin iyun ayının 28-də isə bir nəfər AİDS-lə yoluxmuş xəstə barədə məlumat daxil olub və müvafiq tədbirlərin görülməsi üçün vaxtında AİDS-lə mübarizə mərkəzinə məlumat verilib”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub