Sentyabrın 1 və 2-si bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da müqəddəs Qurban bayramı qeyd ediləcək. Hər il Qurban bayramı ərəfəsində ətin və heyvanın qiymətində bahalaşma müşahidə olunur. Bəzi işbazlar qiymət artımını rayondan mal-qaranı baha almaqları ilə əlaqələndirirlər.
Bəs bu il necə, bayramla əlaqədar ətin qiymətində artım müşahidə oluna bilərmi?
Mynews.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a açıqlamasında deyib ki, Qurban bayramında ətin qiymətində bahalaşma müşahidə olunmayacaq.
“Qurban bayramında ətin qiyməti stabil qalacaq. Ətin qiymətində artımın alıcılıq qabiliyyətinə ciddi təsir edəcəyini nəzərə alaraq, bahalaşmanın qarşısını almaq üçün nəzarət tədbirləri görüləcək.
Ətin 1 kiloqramının qiyməti bazar və paytaxtın digər nöqtələrində 11-12 manat arasında dəyişəcək. Hazırda mal əti 11, qoyun əti isə 12 manata satılır.
Dövlət Baytarlıq Nəzarəti Xidməti Qurban bayramında da gücləndirilmiş iş rejimində vətəndaşlara xidmət göstərəcək. Ət kəsim məntəqələrində ətin keyfiyyətinə, qiymətinə nəzarət ediləcək. Təsərrüfat sahibləri, habelə qəssabların iş şəraiti yoxlanılacaq. Ümumiyyətlə, yarmarkaların qiymətlərə təsiri gözlənilmir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, sentyabrın 1-i və 2-si Azərbaycanda Qurban bayramı kimi qeyd olunacaq. Ayın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq. Beləliklə, Qurban bayramı ilə əlqədar olaraq sentyabrın 1-dən 5-dək tətil olacaq. Sentyabrın 5-i iş günüdür.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub