“Johnson & Johnson” brendinə məxsus talk pudradan istifadə etdiyi üçün yumurtalıq xərçənginə tutulduğunu iddia edən ABŞ vətəndaşı Eva Eçeverria məhkəmədə şirkətə qalib gəlib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, Los-Anceles Ali Məhkəməsi üzləşdiyi zərərlərə qarşılıq olaraq 63 yaşındakı qadına 417 milyon dollar təzminat ödənilməsi yönündə qərar çıxarıb.
Təzminatın 70 milyon dolları kompensasiya, 347 milyon dollarlıq hissəsi isə cinayət təzminatıdır.
Qaldırıılan iddiada “Johnson&Johnson” şirkətinin körpə pudrası da daxil olmaqla, bütün talk pudrası məhsullarında kanserogen risklə əlaqədar müştərilərini kifayət qədər məlumatlandırmadığı qeyd edilir.
Bildirək ki, “Johnson&Johnson” haqqında 4 min 800 belə iddia var.
Kaliforniya əyalətində çıxan qərarın şirkətin imici üçün böyük məğlubiyyət olduğu irəli sürülür.
J&J məhkəmənin qərarından şikayət verəcəyini bəyan edib: Bu qərara etiraz edəcəyik. “Johnson'S” körpə pudrası məhsullarının təhlükəsizliyi elmi olaraq dəstəklənir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub