Azərbaycan Gürcüstanda meşə yanğınlarının söndürülməsinə əlavə qüvvə göndərib.
Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus 11 yanğınsöndürən maşın və digər texnika, həmçinin canlı qüvvə bu gün Gürcüstana yola salınıb.
Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir.
Prezident İlham Əliyevin tapşırığına əsasən, avqustun 21-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir helikopteri yanğınsöndürmə əməliyyatlarında iştirak üçün Gürcüstana göndərilib. Helikopter bu gün səhər saatlarından yanğınsöndürmə əməliyyatlarına qoşulub.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili və bu ölkənin digər rəsmiləri yardıma görə Azərbaycan prezidentinə təşəkkür edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub