“Rusiya Federasiyası ərazisində axtarış verilib. Amma hələ də bir xəbər yoxdur. O, uşaqları ölkə ərazisindən çıxara bilməz. Çünki uşaqlarımın sənədi evdə qalıb. Maşını sürmək üçün isə sürücülük vəsiqəsi yoxdur. Amma 3 gündür nə ondan, nə də uşaqlardan bir xəbər var”.
Mynews.az xəbər verir ki, bu barədə Lent.az-a bir qədər əvvəl azərbaycanlı əri tərəfindən uşaqları qaçırılan Rusiyanın Ufa şəhər sakini Yelena Lenskaya-Abduyeva bildirib. Yelena xanımın dediyinə görə, o, əri Tural Abduyevlə səkkiz il əvvəl tanış olub. Bir-birini sevib evləniblər. Qarşılıqlı nikahdan Ruslan və Aişə adlı övladları dünyaya gəlib. Ruslanın 3, Aişənin 4 yaşı var.
“Mən 10 gün əvvəl məhkəməyə müraciət edərək boşanmaq istədiyimi bildirdim. Tural isə dedi ki, uşaqları mənə verməyəcək. Ayın 20-i gecə evə qayıdanda gördüm ki, nə uşaqlar var, nə Tural. Bir qədər sonra məlum oldu ki, mənə məxsus “VAZ 2114” markalı maşın da qarajda yoxdur. Evdəki pulları da götürüb yoxa çıxıblar. Axtarış verilib, amma hələ bir xəbər yoxdur”.
Xanım Lenskaya-Abduyeva onu da bildirib ki, böyük ehtimalla Tural uşaqları Azərbaycana keçirəcək.
“Tural Azərbaycanının Şəki rayonundandır. Bəzi məlumatlara görə, o, uşaqları Dağıstana apar bilər. Oradan isə Şəkiyə keçirər. Biz bundan narahatıq. Mən uşaqlarımın geri qaytarılmasını istəyirəm” , deyə Yelena xanım bildirib.
Mövzunu diqqətdə saxlayacağıq.




1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub