Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Fuad Qafarov şəhid olmamışdan öncə atasına zəng vurur. Onunla və əmisi ilə görüşmək istədiyini bildirir.
Mynews.az apa-ya istinadən xəbər verir ki, şəhid olmamışdan bir neçə saat öncə də atası Fərhad Qafarov və həyat yoldaşı ilə telefonla danışır. Azyaşlı övladını və tezliklə ana olmağa hazırlaşan həyat yoldaşının səhhətini soruşur: "Təxminən 20 gün bundan öncə zəng elədi ki, əmimi də götür gəl sizinlə görüşmək istəyirəm. Görüşdük. Apardı bizə xidmət elədiyi əraziləri, düşmən postlarını göstərdi. Ruh yüksəkliyi var idi. Hərtərəfli insan idi. Şəhid olmamışdan öncə mənə zəng vurmuşdu. Dedi ki, tabeliyimdə olan əsgərlərdən cavabdehəm, başımla cavab verirəm. Elə başından da getdi. Bir saat qabaq da həyat yoldaşına zəng vurub".
Niyazabad kənd orta məktəbində təhsil alan şəhid Fuad Qafarovu müəllimləri də xoş sözlərlə xatırlayır.
Məktəbin direktoru Əmirxan Sərdarov deyir ki, Fuad məktəb illərində öz ədəb-ərkanı ilə seçilən şagirdlərdən olub: "Məktəbin 9-cu sinfini 2003-cü ildə bitirib, sonra təhsilini rayonda davam etdirib. Hərbi xidmətdə də, məktəb illərində də onun Vətənə, torpağa bağlılığını müəllimləri də təsdiqləyir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub