Azərbaycandan Həcc ziyarətinə ilk gün-avqustun 24-də 360 nəfər zəvvar gedəcək.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Mynews.az-a verilən məlumata görə, ilk zəvvar qafiləsi sabah 06:10-da yola düşəcək. Zəvvarları aparacaq ikinci təyyarə reysi isə 07:30-da havaya qalxacaq.
Qalan zəvvarlar isə müvafiq olaraq avqustun 25-i və 26-ı tarixlərində Səudiyyə Ərəbistanına yola düşəcək.
Qeyd edək ki, bu il Həcc ziyarətinə 900 nəfər gedəcək. Hacı namizədlərinin 60 faizi kişilərdir. Zəvvarların ən yaşlısı 86 yaşlı qadın, ən gənci isə 17 yaşlı oğlandır.
Ziyarət üçün 3850 dollar müəyyənləşdirilib. Həcc ziyarətinə təkrar gedənlər Səudiyyə Ərəbistanı hökumətinə 535-550 dollar arasında əlavə vergi ödəməli olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub