Türkiyəli aparıcı Özge Uzun Bakıya köçüb.
Mynews.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı həmkarı Emre Sayqının qonağı olduğu verilişində deyib. O, bundan sonra Türkiyədə heç biri televiziya verilişi aparmayacağını bildirib:
“Artıq Bakıda yaşayıram və 6 aydır özümü dinləməyə başlamışam. Həyatdan nələr gözləyirəm, bu haqda fikirləşirəm. Bu səbəbdən hələ heç bir veriliş aparmaq istəmirəm”.
Özge həyat yoldaşı Volkan Üstlə yenidən barışmasından da danışıb:
“Volkan xəstələnibmiş, mən də uşaqlarımızla bağlı ona mesaj yazırdım. Amma gördüm ki, cavab yazmır. Xəstəxanada olduğunu eşidəndə çox ağladım. Sonra danışmağa başladıq. “Səninlə danışmalıyam” dedi və görüşdük. Başqası ilə evlənəcək deyə çox qorxurdum. Yenidən başlayaq dedi və nikah masasına oturduq”.
Qeyd edək ki, Volkan Üst “CBC Sport” kanalının rəhbəridir. Cütlüyün 2 oğlu var.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub