Türkiyə mediası mahnı söyləyərkən telefonla çəkdiyi görüntülərlə internetdə məşhurlaşan azərbaycanlı çoban Pərvin Səfərovdan yazıb.
Pərvin qoyun otararkən “Ağlaya-ağlaya” mahnısını oxuyub, video internetə yüklənəndən sonra 3 milyon baxış olub.
Mynews.az virtualaz-a istinadən xəbər verir ki, Türkiyə mediasına müsahibə verən Pərvin 3 milyon izləyicisi olsa da, məşhur olmağın qarın doyurmadığını deyib.
Pərvin Neftçalada yaşayır. Yayda çobanlıq edir, qışda isə tikintidə çalışır. “Musiqi alətlərində çala bilirəm, amma maddi imkansızlıqdan musiqi təhsili ala bilmədim. Türkiyədəki musiqi yarışmalarına da maddi imkansızlıqdan qatıla bilmirəm”, - Pərvin söyləyib.
Pərvin internetdə məşhurlaşmasına inanmadığını deyib: “Evə gələn kimi görüntüləri internetə yüklədim. Səhəri dostum zəng vurdu ki, məşhur olmusan, görüntüləri izləyənlərin sayına baxanda gözlərim yaşardı. Sonra müsahibələr verdim, məşhurlaşdım. Azərbaycan Milli Konservatoriyasından ödənişsiz təhsil təklifi aldım, amma yazılı imtahanlardan keçə bilmədim. Buna görə də, yenidən çobanlığa başladım, arzularım yarımçıq qaldı”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub