Respublika ərazisində atmosferi çirkləndirən sürücülərə qarşı tədbirlər davam etdirilir.
Mynews.az ARB TV-yə xəbər verir ki, növbəti reyd ucqar dağ rayonu olan Gədəbəydə keçirilib. Yoxlamalar zamanı 10-dan çox avtomobildə texniki nasazlıq aşkarlanıb.
Gədəbəy rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Təmiz hava" aylığı çərçivəsində rayonun müxtəlif ərazilərində, reydlər keçiriblər. Bir neçə saat davam edən reyd zamanı göstəriciləri normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər. Avtomobilləri texniki tələblərə cavab verməyən sürücülər yazılan 50 manatlıq cərimə protokolunu birmənalı qarşılamayıblar.
Etirazlara baxmayaraq sürücülərə qanunun tələbləri izah olunmaqla barələrində müvafiq tədbir görülüb.
Ümumilikdə gün ərzində 30-a yaxın avtomobil yoxlanılıb. 12 avtomobilin havanı çirkləndirdiyi müəyyən edilib.
“Qoy gedək işimizi görək. Əlimdə işim var. Xarabdır deyə aparıb qapıya ataq?”, - sürücülərdən biri deyib.
Dövlət Yol Polisi Bölməsinin əməkdaşları texniki cəhətdən saz vəziyyətdə olmayan avtomobil sürücülərinə bir daha xəbərdarlıq edərək onları qaydalara əməl etməyə çağırırlar. Reydlər avqustun sonunadək davam edəcək.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub