Qurban bayramına bir həftədən az bir vaxt qala qurban kəsimi ilə bağlı yenidən bəzi suallar gündəmə gəlib. Bu yazıda həmin suallardan biri araşdırılıb:
Kredit borcu olanlar qurban kəsə bilərmi?
Mynews.az xəbər verir ki, Metbuat.az-a açıqlama verən ilahiyyatçı Hacı Fuad Pənahlı bildirir ki, İslam dini qurban kəsməyi Həcc ziyarətinə gedən zəvvarlar üçün vacib buyurur:
“Xalqımız dinə bağlı olduğu üçün Qurban bayramı günü qurban kəsir. Söz verilməyibsə, hər il qurban kəsmək vacib deyil. Amma kəsilirsə, bu, gözəl bir iş, ibadətdir. Kredit borcu olan şəxslərin qurban kəsib-kəsməməsinə gəlincə, borcu olan hər bir insan qurban kəsə bilər. Pul sahibi borclunu tələsdirmirsə, qurban almaq onun maddi vəziyyətinə ciddi təsir etmirsə, borclu şəxslər də qurban kəsə bilər. Amma qurban kəsmək üçün borcundan qalan, bununla bağlı yaşayışında problem yaranan şəxslərin qurban kəsməsi vacib deyil”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub