Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı pul qalmaqalı davam edir.
Oxu.Az xəbər verir ki, bu gün onların növbəti məhkəmə istintaqı baş tutub.
S.Piriyevin vəkili Ceyhun Yusifov məsələ ilə bağlı saytımıza açıqlama verib.
“Kamran Həsənlinin Samir Piriyevə qarşı etdiyi 115 min manat dələduzluğa görə bu gün növbəti məhkəmə prosesi baş tutdu. Araşdırma nəticəsində istintaq orqanı tərəfindən Türkiyəyə əməliyyat tapşırığı verilib ki, Erhan Yılmaz adlı şəxsin ifadəsi alınsın. Çünki Kamran Həsənli deyir ki, münasibətlər, görüş, pulun alınması E.Yılmaz tərəfindən həyata keçirilib. E.Yılmaz isə Türkiyədə ifadəsində deyib ki, bu işin mənə aidiyyəti yoxdur, mən Samir Piriyev adlı adam tanımıram.
Bir ildən sonra Kamran həmin adamla bura gəldi və o şəxs başqa cür ifadə verdi. İndi üzləşdirmə prosesi oldu və dedi ki, guya Samir pulu ona yox, mühasibatlığa ödəyib.
Bu adam bizə deyir ki, mən Türkiyədə elə ifadə vermişəm, burada isə bu cür ifadə verəcəyəm. Demək olar ki, bu gün məhkəmədə bununla bağlı heç bir tədbir görülmədi.
Samir Piriyev tərəfindən Baş Prokurorluğa müraciət olundu: “Kamran Həsənliyə edilən himayədarlığa dözə bilməyib, intihar həddinə çatmışam. Mən nə edim?”, - deyə vəkil bildirib.