Hamiləlik hər bir qadının həyatında ən həssas dövr sayılır. Davamlı həkim nəzarəti, faydalı qidalar dünyaya gələcək körpənin və gələcək ananın sağlamlığına xidmət edir. Bəs təxminən 100-150 il öncə vəziyyət necə idi? Tibb sahəsinin ginekologiya qolu nə dərəcədə inkişaf etmişdi?
Mynews.az Viktorian dövrünün hamilə qadınlarının qəribə və təzadlı adətlərini təqdim edir. Onların bu vərdişləri sizi heyrətə gətirəcək.
Korset
Viktorian dövründə hamilələrin günbəgün böyüyən qarnı cəmiyyətdə estetik və xoş qarşılanmırdı. Bu səbəbdən də qadınlar qarın nayihələrini dartan korsetlərdən istifadə edirdilər.
Xloroform narkoz
Doğuş zamanı qadınların əzablarını azaltmaq üçün narkozdan istifadə olunurdu. Hamilə qadın xloroform doldurulmuş balonlardan nəfəs alaraq hissiyatını itirirdi. Lakin narkozun əsk təsiri acınacaqlı olurdu. Bu qadının sinir sisteminə zərər yetirməklə yanaşı, körpənin ölü doğulmasına gətirib çıxardırdı.
Siqaret və spirtli içkilər
Tütünün tərkibindəki maddələr nəinki hamilə qadına, eləcə də adı şəxslərə zərər verir. Lakin Viktorian dövrü bunun tam əksini iddia edirdi. Onlar düşünürdülər ki, siqaret hamilələrin ürəkbulanmasını aradan götürür və həzm sistemini yaxşılaşdırır. Siqaretdən əlavə hamilələr bol miqdarda qırmızı şərab qəbul edirdilər.
Günəş şüaları
XIX əsrin hamilə qadınları bir qayda olaraq Günəşdən qorunurdular. Onlar yay aylarında çox vaxt evdə olur, təmiz havaya çıxmırdılar. Həkimlər hesab edirdilər ki, gün şüalari ananın bətnindəki dölə mənfi təsir edir. (publika.az)