Quba sakini 48 yaşında tələb oldu.
Mynews.az xəzər xəbər-ə istinadən xəbər verir ki, söhbət Qubanın Əsparəsti kənd sakini, 48 yaşlı Əfsəl Qazıyevdən gedir. O, repitetor yanına belə getmədən universitetə qəbul ola bilib. Özü də uşaqlıqdan arzusunda olduğu təhsil ocağına və arzuladığı ixtissasa daxil olub.
4 övlad atası olan Əfsəl Qazıyev 198 balla Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin ekologiya ixtisasına qəbul olub. O, əyani formada təhsil alacaq. Əfsəl Qazıyev imtahan zamanı çox həyəcanlandığını bildirib.
Əfsəl Qazıyevin böyük oğlu hərbi xidmətdədir. İmtahana isə 10-ci sinifdə oxuyan qızı Sarıköynəklə birgə evdə hazırlaşıb. Atası bilmədiklərini qızından soruşub, qızı isə atasından.
Ali məktəbə hazırlaşdığını isə qızından başqa heç kəsə deməyib.
Əfsəl Qazıyevin 48 yaşında tələb olmasına ailə üzvləri ilə yanaşı, qeydiyyatdan keçdiyi ali məktəbin müəllimləri də seviniblər.
Əfəsl Qazıyevin seçdiyi ixtisas yalnız dövlət sifarişlidir. Bu ixtisasda oxuyan tələbələr təhsil haqqından azad edilməklə yanaşı, aylıq təqaüdlə də təmin olunurlar. Əfsəl Qazıyev universitetin tələbə evində yaşayış yeri ilə də təmin olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub