Gəncədə yas mərasimlərində çox çeşidli yeməklərin verilməsi, israfçı süfrələrin təşkil olunması ənənəsinə son qoyulub.
Mynews.az Xezerxeber.az-a istinadən məlumatına əsasən bu təklif şəhər fəallarıının yığıncağında bir qrup ziyalı tərəfindən irəli sürülüb və ciddi dəstək qazanıb.
Yas mərasimlərində din xadimləri də insanlara israfçılığın dinimizə görə haram olmasını, bir çox başqa xoş əməllərin də ehsan kimi qəbul olunduğunu izah edirlər.
Elə şəhər sakinləri də bu addımın yerində atıldığını və hər kəs tərəfindən anlayışla, rəğbətlə qarşılandığını deyirlər.
Bundan sonra Gəncədə yas mərasimlərində yalnız çay süfrəsi və halva veriləcək. Hətta ətraf rayonların sakinləri də bu təşəbbüsü dəstəkləyib və rəğbətlə qarşılayıblar. Gözlənilir ki, bu, digər rayon və şəhərlərdə də tətbiq edilsin.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub