Mynews.az bildirir ki, hazırda Bakıda taksi xidməti ilə məşğul olan 15 min fiziki və hüquqi şəxs var.
Bakı Nəqliyyat Agentliyində isə hesab edirlər ki, bu rəqəm olduca çoxdur.
Odur ki, paytaxtda nəqliyyat sisteminin təkmilləşdirilməsinə yönəlik tədbirlər hazırlanır. Planda yer alan əsas məsələlərdən biri taksilərin sayının azaldılmasıdır.
Sürücülərin bir qismi bu təklifi dəstəkləyir. Onlar hesab edirlər ki, taksilərin çoxluğu və bu sahədə nəzarətin istənilən səviyyədə olmaması qeyri-peşəkar sürücülərin bu fəaliyyətlə məşğul olmasına şərait yaradır. Sürücülər deyir ki, taksilərin çoxluğu qiymətin ucuz olmasına səbəb olur. Bu isə sürücülərdən fərqli olaraq müştərilərə sərf edir.
Bununla belə, təklifin əleyhinə çıxan sürücülər də az deyil. Onların sözlərinə görə, taksilərin çoxluğu insanların tələbatının ödənilməsi baxımından yaxşıdır.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətin rəhbəri Mais Ağayev deyir ki, taksilər üçün kvota qoyulacaq. Kvota hüquqi və fiziki şəxslər arasında bölüşdürüləcək. Bu zaman bir sıra amillər nəzərə alınacaq. Avtomobillərin istehsal tarixi və sazlığına xüsusi diqqət yetiriləcək. /xezerxeber.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub