Azərbaycan rayonlarından birində xoşagəlməz hadisə baş verib.
Mynews.az xəbər verir ki, turizm şirkətlərindən birindən BAKU.WS-ə verilən məlumata görə, 10-u böyük, 5-i uşaq olmaqla 15 nəfərlik ərəb turistdən ibarət qrupa Qəbələyə tur təşkil edilib.
Yolda turistlər “Unikal” restoranında qəlyanaltı etmək qərarı verib. Ərəb turistlərə bu qəlyanaltı 617 manata başa gəlib:
“Bələdçi əvvəlcə ofisiantlardan menyu soruşub və cavabında menyu olmadığını bildiriblər. Sonra kababın qiyməti ilə maraqlanıblar. Cavab verdilər ki, bir porsiya 11 manatdır. Ərəblər yemək sifariş verib və daha sonra hesab istəyiblər. Sonda 617 manatlıq hesab gəlib. Qiymətlər qəbzdə göstərilib”.
Turistlərin qiymətə narazılığına restoranın sahibi belə cavab verib:
“Mən ölkədə ən gənc generalam və heç kəs mənə heç nə deyə bilməz”.
“Sonra təhqiramiz sözlərlə ərəbləri söydü. Bələdçi qızın bu sözlər qarşısında ağlamağa başlamasından sonra turistlər hesabı ödəmək məcburiyyətində qalıb. Restoran sahibinin sözlərinə görə, İsmayıllı rayonunun polisinə müraciət etmək mənasızdır”, - deyə şirkətdən bildirilib.
Həmçinin turizm şirkətindən qeyd etdilər ki, ərəblər praktik olaraq eyni sifariş üçün Qəbələdə restoranda cəmi 220 manat ödəyib. a