Səfər Əsədov böyüdüb boya-başa çatdırdığı qızından 5 gündür xəbərsizdir.
Mynews.az bildirir ki, anası Əfsanəni Bələkdə olarkən atasına verib və evi tərk edib, o gündən Səfər Əsədov qızına həm ata olub, həm də ana. Fəhləliklə böyütdüyü qızı Əfsanə Əsədova isə 5 gündür atasının gözünü yolda qoyub:
Əlacsız qalan ata aidiyyatı qurumlardan kömək istəyir. Övladının tez bir zamanda tapılması üçün o hər gün müraciət etdiyi Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə maraqlandığını deyir. Lakin hələ ki heç bir müsbət cavab ala bilmir. Qızın yoxa çıxması qonşuları da narahat edir:
Məsələ ilə bağlı, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən məlumat verdilər ki. 22 yaşlı Əfsanə Əsədovanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub