Bu gün səhərdən etibarən Azərbaycan-Rusiya sərhədində normal hərəkət bərpa olunub.
Mynews.az xəbər verir ki, bu barədə Report-un Rusiya bürosuna Dərbənd Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin rəhbəri Telman Hacəliyev bildirib.
Qeyd edək ki, daha əvvəl Dağıstan Daxili İşlər Nazirliyinin nümayəndəliyi Azərbaycanla sərhəddə minik və yük maşınlarından ibarət böyük tıxacın yarandığını bəyan etmişdi. "Ənənəvi olaraq avqustun sonlarında Rusiyada yaşayan azərbaycanlıların istirahət üçün gedikləri öz ölkələrindən geri dönməsi vəziyyəti qəlizləşdirmişdi. Bu vaxtlar sərhəddə həmişə tıxaclar yaranır", - T.Hacəliyev vurğulayıb.
Onun sözlərinə görə, hazırda sərhəddə bir çox azərbaycanlı taksi sürücüsü fəaliyyət göstərir və onlar vətəndaşlara daşınma ilə bağlı yaranmış problemləri həll etməyə yardım göstərir.
"Bu gün səhərdən hər şey normal axarına düşüb. Bunu bilavasitə sərhəddə çalışan taksi sürücüləri də təsdiq edir", - Dərbənddəki Azərbaycan diasporunun rəhbəri bildirib
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub