Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin varisinin adı açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, şeyxin qudası Hacı Qalib Salahzadə modern.az-a açıqlamasında bildirib ki, o, bir varis tanıyır: "Şeyxülislam Hacı Allahşükür Paşazadənin bir varisini tanıyıram. O da oğlu Məhəmməd Paşazadədir. Ümumiyyətlə, varis bir nəfər olur. O da atanın övladları. Həm də bu cür məsələlər Allahın qisməti ilə bağlıdır. Gərək Allah qismət etsin ki, övlad gəlib ölkənin Şeyxülislamı olsun”.
Şeyxin qudası varislik məsələsindən danışarkən şeyxin heç də qocalmadığını diqqətə çatdırıb: "Amma Hacı Allahşükür Paşazadə cavandır. Belə baxıram, inşallah, 20-30 il də Qafqazın şeyxi olacaq. Siz şeyxi artıq qocaltmısınız. Şeyx qoca deyil. Həmçinin, Şeyxin övladları, nəvələri bir yolla gedir. Onlar da dindar insanlardır”.
Qalib Salahzadənin sözlərinə görə, Allahşükür Paşazadə imperiya özbaşınalığına qarşı çıxan adamdır: "Digər bir məqamı da qeyd edim. Şeyx Allahın yetirməsidir. Yadınızdan çıxartmayın. 1990-cı illərdə ölkədə baş verən qarışıqlığa kim etirazını bildirə bilərdi?! İmperiyanın (SSRİ) özbaşınalıqlarına qarşı kim səsini çıxara bilərdi?! Bir adam tanıyıram. Birinci yerdə böyük lider Heydər Əliyev dayanır. İkinci yerdə isə Allahşükür Paşazadəni görürəm”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub