Atalığından hamilə qalan 12 yaşlı qız barədə AÇIQLAMA

1404
Atalığından hamilə qalan 12 yaşlı qız barədə AÇIQLAMA

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Balakən rayonunda zorakılığa məruz qalan 12 yaşlı qızla bağlı məsələni araşdırır”.

Mynews.az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

Onun sözlərinə görə, Dövlət Komitəsinin Balakəndə məişət zorakılığına məruz qalmış uşaqlarla bağlı monitorinq qrupları fəaliyyət göstərir: 

“Onlara rəhbərlik səviyyəsində ailəyə baş çəkilməsi və hadisənin yerində araşdırılıb öyrənilməsi tapşırılıb. Onun psixoloji və fizioloji sağlamlığı ilə bağlı hansı tədbirlər həyata keçirilib və ya keçirilməsinin zəruriliyi öyrənilməlidir. Bundan sonra uyğun addımlar atılacaq. Yeniyetmə qız reabilitasiyası prosesi keçməlidir”.

A.Veysəlova bildirib ki, bu cinayət hadisəsi olduğundan hadisə hüquq-mühafizə orqanlarının nəzarəti altındandır: 

“Amma burada həm ailə məsələsi, həm məişət zorakılığı, həm də uşağa qarşı qeyri-etik hərəkətlər olduğundan komitə də müvafiq tədbirlər görülməsi üçün addımlar atır”.

Dövlət Komitəsi rəsmisi qeyd edib ki, bu hadisənin əsasında ailədaxili münasibətlərin düzgün tənzimlənməməsi, valideyn məsuliyyətsizliyi dayanır: 

“Atanın ögey qıza qarşı qeyri-əxlaqi davranışı həm də mənəvi cinayətdir. Doğma və ya ögey valideyn, qəyyum, himayəçi olmasından asılı olmayaraq, belə bir hadisə insanlığa yaraşmayan haldır, qınanılası məsələdir. Belə əxlaqda və düşüncədə olan adamlar ən azı sonlarını düşünərək qorxsunlar”.

Xəbər lenti