Sentyabr ayının 1-də, səhər saat 9:00-dan etibarən Bakı şəhərində Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də, süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birlikdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.
Mynews.az bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bu il yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.
Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq:
Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, Keşlə bazarının yanı;
Xətai rayonu
- "Nargilə" kafesinin yanı;
Səbail rayonu
- Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 8 (Parkın yanı);
Yasamal rayonu
- Şərifzadə küçəsi 196, "İdeal" şadlıq sarayının həyəti.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub