621 balla BDU-ya qəbul oldu, sevinci kədərə qarışdı Səadətin yarım qalan arzusu QAN DONDURDU

631
621 balla BDU-ya qəbul oldu, sevinci kədərə qarışdı Səadətin yarım qalan arzusu QAN DONDURDU

Yüksək bal toplayan daha bir tələbə maddi imkansızlıq səbəbindən təhsil almaq imkanından məhrum ola bilər. Söhbət Şamaxı rayon Bədəlli kənd orta məktəbinin məzunu Səadət Ağayevadan gedir. O, ali məktəblərə qəbul imtahanında 621 bal toplayaraq Bakı Dövlət Universitetinin Sosial iş fakültəsinə qəbul olunub. Lakin ailənin maddi imkanı oxumasına şərait yaratmır.

Cebhe.info saytına müraciət edən Səadət Ağayeva maddi imkansızlıqdan təhsilini davam etdirə bilməyəcəyini deyib.

Bildirib ki, 5 il əvvəl dünyasını dəyişən atasının son arzusu qızlarının da məhz onun bitirdiyi Bakı Dövlət Universitetinə qəbulu olub: "Bacım və mən atamın arzusunu yerinə yetirdik və hər ikimiz Bakı Dövlət Universitetinə qəbul olduq. Amma maddi sıxıntımız var. Bacım keçən il tələbə adını qazandı və dayımın Bakıdakı evinə yerləşdi. Bu il isə mən qəbul oldum. Mənim də gəlib ora yerləşməyim mümkün deyil. Ona görə də bizə kömək edə biləcək şəxs və qurumlardan maddi kömək gözləyirəm. Bakıda kirayə evlərin qiyməti 300 manatdan aşağı deyil. Bunu ödəməyə isə gücümüz yoxdur.

Dərslərin başlanmasına az müddət qalıb. Amma belə görünür ki, təhsilimi davam etdirə bilməyəcəyəm. Anam işləmir. Neçə ildir ki, dayılarım bizə müəyyən yardım edir. Bacımla bir evdə yaşasaq, anam da yanımıza yerləşəcək. Bunun üçün isə maddi yardım lazımdır. Bakıda hər şey puldur. Bilmirik hara və kimə müraciət edək".

Ümid edirik ki, yüksək bal toplayan bu gənc qızın təhsil almaq arzusu ürəyində qalmayacaq.

Xəbər lenti