"Mini yubkalı, ağzında siqaret, qucaqlarda oturan direktorlardan yazın, bacımdan yox" Təşkilat sədri

604
"Mini yubkalı, ağzında siqaret, qucaqlarda oturan direktorlardan yazın, bacımdan yox" Təşkilat sədri

Xəbər verdiyimiz kimi, Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın jurnalisti təhqir etməsiylə bağlı səsyazısı yayımlanıb. Səsyazısını axar.az saytı dərc edib.

AZXEBER.COM-un kiçik araşdırması zamanı məlum olub ki, jurnalisti təhqir edən məktəb direktoru Nailə Məmmədova İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədovun bacısıdır.

Təşkilat sədri portalımıza açıqlamasında bu faktı təsdiqləyib və deyib ki, 187 saylı orta məktəb Bakının ən nümunəvi məktəblərindəndir: "Nailə xanım mənim bacımdır, onun direktoru olduğu məktəb Bakının ən nümunəvi məktəblərindəndir. Məzunları arasında deputatlar, dövlət rəsmiləri var. Nailə xanım Maştağanın ən öndə gedən və sevilən ziyalılarındandır. O məktəb Sabunçu rayonunun akademiyası adlanır. Mən bu məsələni araşdırdım və məlum oldu ki, həmin sayt bundan öncə də Nailə xanımla əlaqə saxlayıb və ondan pul tələb edib. O da vermədiyinə görə, bu üsula əl atıblar. Bu gün həmin şəxslər mənim dövlətçiliyə sadiq bacıma qarşı hücum edir. 

Rasim Məmmədov həmçinin qeyd edib ki, Nailə Məmmədovanın oğlu Xüsusi Dövlət Mühafizə Xidmətində (XDMX) çalışır: "Mənim bacım dövlətçiliyə sadiq övlad yetişdirib. Onun istər şagirdləri, istərsə də öz övladı dövlətin keşiyində durur. Nailə xanımın övladı XDMX-da işləyir".

Təşkilat sədri rüşvətxorlara qarşı amansız mövqedə olduğunu da deyib: "Bu gün rüşvətxor məmurlar mənə düşmən kimi baxır, mən onların ən böyük rəqibiyəm. Çünki biz hər zaman rüşvət alanları ifşa edirik. Düşünürəm ki, bacıma qarşı olan bu hücum da mənim onları ifşa etməmlə bağlı ola bilər. Yenə də deyirəm ki, insanlar çalışmalıdır ki, vicdanlı olsunlar. Yaxşı şeyləri qoyub, kiməsə qarşı kampaniya aparmaq düzgün deyil. Jurnalistlərə isə müraciət edirəm ki, əgər bacarırsınızsa, mini yubkalı, ağzında siqaret olan, qucaqlarda oturan direktorlardan yazın, bacımdan yox".

Xəbər lenti