Azərbaycanda yeni tədris ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə bir neçə məktəbin direktoru dəyişdirilib. Həmin məktəblərdən biri də Sumqayıtda fəaliyyət göstərən 25 nömrəli tədris ocağıdır. Sosial şəbəkələrdə sözügedən məktəbə gənc xanımın təyinat alması barədə məlumatlar yayılıb.
Qafqazinfo xəbər verir ki, şəbəkə istifadəçiləri xanım direktor Arzu Alızadənin bu vəzifəni icra etmək üçün çox gənc olduğunu vurğulayıblar.
Direktor Arzu Alızadə isə bildirib ki, o, təhsil sahəsində 20 ildir ki, fəaliyyət göstərir: “Mənim 20 il pedaqoji stajım var, yazıldığı kimi, elə də gənc deyiləm, 1976-cı ildə doğulmuşam. Allahın verdiyi simadır. 20 və 22 nömrəli məktəblərdə dərs demişəm, Sumyayıt şəhər Təhsil Şöbəsində işləmişəm. İmtahanda 68 bal toplayaraq 25 nömrəli məktəbə direktor təyin olunmuşam”.
A. Alızadə qeyd edib ki, Qafqaz Universitetinin təşkil etdiyi “Məktəb direktorlarının hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirib və müzakirələrə səbəb olan foto da həmin kursda çəkilib.

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub