Əhalinin istehlak etdiyi elektrik enerjisinin tariflərinin dəyişdirilməsindən ardından sosial şəbəkələrdə aylıq işıq pulu ödənişləri ilə bağlı qəbzlər paylaşılır, elektrik enerjisinin qiymətinin artıq hesablandığı iddia edilir.
Aktiv sosial şəbəkə istifadəçilərin olan Vahid Qasımov isə maraqlı bir "Excel” faylı hazırlayaraq, əhalinin evdə hansı cihazın ayda nə qədər elektrik enerjisi istifadə etdiyini təxmini hesablayıb.
APA-nın proqramçıları isə bu hesablama qaydasını daha da təkmilləşdirərək işıq pulu qiymətlərinin təxmini hesablanması üçün virtual kalkulyator hazırlayıblar.
Bu kalkulyatorda istifadə etməklə əhali evdə istifadə etdiyi məişət cihazlarının nə qədər elektrik enerjisi istehlak etdiyini öyrənəcək. Təqdim etdiyimiz virtual kalkulyator həmçinin əhaliyə enerjiyə qənaət etməyə də kömək edəcək. Siz bu kalkulyatorun köməyindən istifadə etməklə hansı cihazı daha səmərəli işlədərək enerjiyə qənaət edə biləciyinizi müəyyənləşdirəcəksiniz.
Kalkulyatorun hesablama qaydası isə çox sadədir.
İstifadə etdiyiniz məişət cihazının adını, onun gücünün və həmin cihazı ayda təxminən neçə saat işlətdiyinizi kalkulyatorun müvafiq bölmələrinə qeyd edirsiniz. Virtual kalkulyator isə sizin cihazınızın ayda neçə kv/saat elektrik enerjisi istifadə etdiyini və ümumilikdə aylıq istifadə etdiyiniz enerjinin həcmini hesablayır. Kalkulyator həmçinin elektrik enerjisinin güzəştli hesablanan hissəsini də ümumi həcmdən çıxaraq aylıq işıq pulunuzun neçə manat etdiyini göstərir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub