“Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
XəzərXəbər xəbər verir ki, əmrdə ölkənin 50 ümumi təhsil müəssisəsində rus dili tədris ediləcək.
Əmrdə “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi, həmin müəssisələrdə tədris prosesinin təşkili və tənzimlənməsini təmin edilməsi nəzərdə tutulub.
Əmrə əsasən, 2017-2018-ci dərs ilində Bakı şəhərinin 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli tam orta məktəblər, 20 nömrəli məktəb-lisey və 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri Texniki-humanitar liseyi, Sumqayıt şəhər 11 nömrəli, Şirvan şəhər 3 nömrəli, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli, Şəki şəhər 5 nömrəli, Şamaxı şəhər 6 nömrəli, İsmayıllı rayonu Talıstan kənd, Zaqatala rayonu Əli Bayramlı kənd, Tovuz rayonu Ağbulaq kənd, Quba rayonu Əliməmmədoba kənd, Qusar rayonu Ləcət kənd, Masallı şəhər 2 nömrəli, Lənkəran rayonu Havzava kənd, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam etdiriləcək.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub