Təhsil Nazirliyi növbəti ildə də müəllimlərin işə qəbulu üçün yeni qaydalar hazırlayacaq.
Mynews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.
“Bəzi məsələlər var ki, onlar bəlkə də təkmilləşməlidir. Bunlar hamısı nəzərə alınacaq və yeni qaydalar hazırlanacaq”.
E.Bağırov bildirib ki, əgər əvvəlki illərdə müəllimlər müsabiqə nəticəsində təyinat alaraq işə başlayırdılarsa, onlar təqvim ilinin sonunda diaqnostik qiymətləndirməyə cəlb olunurdular. Növbəti ildən isə onların əmək haqları artırılırdı.
Artıq ölkə başçısının sərəncamına əsasən, müsabiqədən keçən namizədlər də diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur: “Bu, yeni- ötən həftə imzalanan sərəncama əsasən, baş tutdu. Artıq yeni təqvim ilindən diaqnostik qiymətləndirmədən keçməsə belə işə qəbul müsabiqəsindən keçərək təyinat alan müəllimlər də əmək haqqlarını artımla alacaqlar”.
Qeyd edək ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub